«Mavi gözlüm…»

«Günəşli» platformasında baş verən qəza nəticəsində həlak olan neftçilərin xatirəsinə… Mən səni hər zaman sakit görmüşəm Fikirli görmüşəm, dalğın görmüşəm Ən sərt günlərimin həmdəmi bilib Səni təmkinli yarım bilmişəm. Sən ki, mavi gözlüm, qəlb qırmaz idin… Sən ki, sakit üzlüm, incitməz idin… Sən ki… Ehhh… Kim dəydi xətrinə, incitdi səni? Kim qırdı qəlbini, dindirdi səni?…

«Tanımadığım birinə…»

Bu səhər yenə mənsiz oyandın, Bu səhər yenə sənsiz oyandım. Hardasan bilmirəm, Kimsən bilmirəm. Hansı ayımdasan? Hansı ilimdə? Hansı küçənin, Hansı tinində? Bu gün də işə tez gedəcəksən. Bu gün də kimlərləsə görüşəcəksən. Yaxınlar, uzaqlar, dostlar, tanışlar… Bu günü də mənsiz keçirəcəksən. Bu axşam da evə yorğun gələcəm Çay soyuqdur deyə, söylənəcəm. Sonra rəfdən bir…

«Unudaq.»

  Unutdum deyirsən… Unudaq  yaxşı… Nə sən məni tanı, nə də mən səni… Olmamış ol, Bu dünyaya gəlməmiş ol. Unudum sözümü, unudum səni Unudum özümü, unudum məni Unudum olanları, olacaqları Unudum xatirimdə qalacaqları Unudum. Unudaq deyirsən… Gəl sən də unut. Unut gülüşümü, unut səsimi Unut sənə can deyən hər nəfəsimi Ununt yaşananları, yaşanacaqları Unut məni…

«Kimsən?»

Qarşımda dayanıb, kimdi bilmirəm Yalançı baxışlar, saxta təbəssüm. Dinmirəm… Nə deyim axı? Bilmirəm… Sevirəm… Sevirdim… Sevirəm? Nə deyim axı? Bilmirəm… O qara, mən sevən gözlərin deyil. O işıq mən sevən gülüşün deyil. O insan — Mən sevən insan heç deyil…! Saxtadır, uzaqdır, soyuqdur bu insan Zirvədə dayanan tozdu bu insan Zümrüdə bənzəyən adi şüşədir Ağalıq…

«Məni unudan sevgim» («Gedirəm…»)

Özünü sevməyi, öz dəyərini unudan xanımlara həsr olunur…   Səssiz-səmirsiz çıxıb gedirəm Səni səninlə üz-üzə qoyub. Özümü, izimi alıb gedirəm Səni sevgimlə baş-başa qoyub. O qalsın səninlə, mən yorulmuşam Onsuzda çoxdan unudulmuşam. Kiməm? Nəçiyəm? Niyə burdayam? Burdayam deyirəm… Axı hardayam? … Unudulmuşam… Əslində nə vaxtsa çox sevilmişəm Yaşamışam Gülmüşəm Əzizlənmişəm… Sonra o gəlib, mən —…

«Oktyabr»

Havalar da soyuyur yavaş-yavaş Oktyabr ayıdır, qış yaxınlaşır. Köçəri quşlar da yol alıb gedir Bir fəsil daha sənsiz yekunlaşır… … Səhərlər hələ də gec oyanıram Hələ də qaçaraq keçir günlərim. Hələ də çayımı soyuq içirəm Pəncərə önündə qalır güllərin… Qalır, boynu bükük, sənsiz və səssiz… Kimsəsiz… Kimsəsiz uşaqlar tək boynunu büküb, Sənsiz… yox! Bizsizliyin dərdini…