«Bayatı-Şiraz» dinləyəndə…

Şəhriyar İmanov — «Bayatı-Şiraz» — dinləyin… Bayatı şiraz səslənəndə qəribə bir həsrət çökür qəbilmə. Səbəbini bilmədiyim… Uzaqda bir yerdə fəryad eşidirəm. Bir hayqırış. Ağlamaq səsləri. Hıçqırıq. Yalvarış. Darıxıram… Səbəbsiz yerə. Tanımadığım insanlar, görmədiyim yerlər üçün darıxıram. Anlamsız yerə… Sankı tanımadığım tanışlar baxır hardasa. Baxır, səsləyir, çağırır harasa… Qəribə bir həsrət çökür qəlbimə. Qəribə bir niskil alır…

«Ərköyün»

Bu axşam da səni yaza bilmədim… Fikrim dolaşdı, çümlələr çaşdı… Bu axşam da düzülmədi ipə-sapa sevgim… Mən çağırdım – o məndən qaçdı… Yaman ərköyündü… Heç baxmır sözə… Hərdən itir,  görünmür, dəymir gözə… Axtarıram, çağırıram – çıxmır üzə… Hərdən də sakitçə gəlib oturur Mənimlə birlikdə xəyallar qurur… Səni düşünürük bəzi gecələr… Gülüşün, baxışın canlanır hərdən… Hərdən…