Bir gün gəlib görərsən ki.

Bir gün gəlib görərsən ki, mənzilinin qapısı aralıdır. Dəhlizin işığı yanmır. Otaqlar da qaranlıqdır, mətbəx də. İçəridən, hər gün olduğunu kimi pürrəngi çayın yox, yalnızlığın qoxusu gəlir. Səssizlik qarşılayar səni, yalnızlığın dilində “Xoş gəlmisən” deyər. Xoş gəlmisən?… Bir gün gəlib görərsən ki, evin bom-boşdur. Yox, yox!… Yerindədir xalı da, masa da, çarpayı da. Qab-qacağa da…