“Gümüş aynalar” və ya “Güzgüdəki insan”

“Bəylər güzgüdə özlərinə baxdıqları halda, xanımlar güzgüdə özlərini axtarırlar”. Deyirlər əsl güzgü — ətrafdakı insanların gözləridir… Amma biz o güzgülərdə özümüzü görə bilmirik. Necə görsənirik, kim bilir… Biz evimizdəki, çantamızdakı aynalara baxırıq. Baxırıq, lakin həqiqətimi görürük, yoxsa görmək istədiyimizimi?.. Heç kim deyə bilməz ki, güzgüyə baxanda – yalançı, kinli, düşüncəsiz, qəlb qıran bir insan görür….