Kəklikotulu çay

on

PSX_20200105_235542-02Salam. Necəsən?
Məndən nə xəbər?
Yaxşıyammı oralarda?
Halım, əhvalım necədir?
Səndə qalan fikrim, ruhum necədir?

***

Axşam düşüb, gün soyuyub buralarda.
Hərçənd ki, sən gedəli
Biz tərəflərdə
Elə gündüzlər də gecədir…

Yeri gəlmişkən —
Siz tərəflərdə hava necədir?
Birazdan qış sərt üzünü göstərəcək
Biləsən! Yaman nigaranam…
Axı, mən üşüyən adamam.

Sən —
közərən ümidlərimin istisinə qızınırsan,
Mənə —
Bir stəkan kəklikotulu çay bəsdir.

Оставьте комментарий