Xocalıdan bir il də uzaq düşdük…

“Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər.” Şahidin dilindən. Xocalı…  26 fevral 1992-ci il… Bu gün bu faciədən danışmayacam, yox! 23 ildir ki, danışırıq, var gücümüzlə qışqırır, bütün dünyaya səsimizi eşitdirməyə çalışırıq. Nə olsun?! Eşitmirlər, eşitməməkdə israr edirlər, eşidənlər…

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub…

«Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub…» Uzun illərdir ki, Azərbaycan teleməkanında spikerlər günün əsas xəbər buraxılışını bu cümlə ilə başlayır. Hər gün olmasa da tez-tez… 1994-cü ildə imzalanıb Azəbaycanla Ermənistan arasında atəşkəs rejimi. Amma hələ də atəşkəsə nail olunmayıb. İllər ötür, Azərbaycanda televiziya kanallarının, o kanallarda yayımlanan əsas xəbər buraxılışlarının, xəbər spikerlərinin sayı artır. «Cəbhə…

Matəm gülü…

            Qərənfil… Bəxtinə matəm gülü olmaq yazılmış — qərənfil… 25 ildir ki, qərənfil bizimlə birlikdə 20 yanvar şəhidlərini anır, onlar üçün göz yaşı axıdır. 25 il… Əslində Azərbaycan xalqına qarşı qətliamlar 1990-cı ildən əvvəl başlamış, sonrakı illər də davam etmişdi. Amma məhz 20 Yanvar günü qərənfil boynunu əydi, matəm gülünə…

«BAYRAQ» (20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ…)

Torpağım üstünə kölgələr salan  Mənim varlığımın cilası-bayraq.  Zəfərdən doğulmuş  Göytürkdən qalan  Qurd başlı bayrağın balası bayraq… B. Vahabzadə Bayraq… Bir xalqın başı üzərində dayanan, azadlığı, müstəqilliyi tərənnüm edən, dalğalandıqca qəlbi qürür hissi ilə dolduran bayraq… Zirvələrə yüksələn, yüksəldikcə, yüksəltildikcə xalqımın boyunəyməzliyini bir daha, dönə-dönə sübut edən bayraq… Neçə neçə oğulların, qızların qanı çilənib üzərinə. Bəlkə…