Bilirsən…

Mən soyuq adamam axı, bilirsən. Qardan adamam — Buzlar şahzadəsi… Qəlbimi isidərək böyüyən sevgim Indi gözlərimdən daşır – Damla-damla əriyirəm… Mən uzaqların adamıyam axı, bilirsən. Gedənlərin bələdçisi Yol adamı… İndi — Günəşin qürub etdiyi üfüqlərdə darıxıram… Mən səbirsiz adamam axı, bilirsən. Mən ki, günəşə aşiq Mən ki, məclis adamı… İndi — Ulduzları sayıram, Tənhalığın qoynuna…

Kəklikotulu çay

Salam. Necəsən? Məndən nə xəbər? Yaxşıyammı oralarda? Halım, əhvalım necədir? Səndə qalan fikrim, ruhum necədir? *** Axşam düşüb, gün soyuyub buralarda. Hərçənd ki, sən gedəli Biz tərəflərdə Elə gündüzlər də gecədir… Yeri gəlmişkən — Siz tərəflərdə hava necədir? Birazdan qış sərt üzünü göstərəcək Biləsən! Yaman nigaranam… Axı, mən üşüyən adamam. Sən — közərən ümidlərimin istisinə…