Sabahattin Alinin əsgərlikdə olarkən qələmə aldığı roman — Xəz paltolu Madonna

Sabahattin Alinin əsgərlikdə olarkən qələmə aldığı “Kürk mantolu Madonna” romanı ilk dəfə 1940-ci ildə “Hakikat” qəzetində dərc edilib. Kitab halında ilk nəşri isə 1943-cü ilə təsadüf edir. Sabahattin Alinin “Kürk mantolu Madonna” əsərini Andrea Del Sartonun “Madonna delle Arpie” tablosundan ilhamlanaraq qələmə aldığı deyilir. Bununla belə əsərdəki xəz dərili Madonna, yəni Maria Puderin real həyatda…

Ümid sənədir, Vətən övladı! Niyyətin şəhidlik yox, Qarabağ olsun!

“İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək”. Əslində nə əvvəlini xatırlayıram o xəbərin, nə də gerisi…

Bilirsən…

Mən soyuq adamam axı, bilirsən. Qardan adamam — Buzlar şahzadəsi… Qəlbimi isidərək böyüyən sevgim Indi gözlərimdən daşır – Damla-damla əriyirəm… Mən uzaqların adamıyam axı, bilirsən. Gedənlərin bələdçisi Yol adamı… İndi — Günəşin qürub etdiyi üfüqlərdə darıxıram… Mən səbirsiz adamam axı, bilirsən. Mən ki, günəşə aşiq Mən ki, məclis adamı… İndi — Ulduzları sayıram, Tənhalığın qoynuna…

Kəklikotulu çay

Salam. Necəsən? Məndən nə xəbər? Yaxşıyammı oralarda? Halım, əhvalım necədir? Səndə qalan fikrim, ruhum necədir? *** Axşam düşüb, gün soyuyub buralarda. Hərçənd ki, sən gedəli Biz tərəflərdə Elə gündüzlər də gecədir… Yeri gəlmişkən — Siz tərəflərdə hava necədir? Birazdan qış sərt üzünü göstərəcək Biləsən! Yaman nigaranam… Axı, mən üşüyən adamam. Sən — közərən ümidlərimin istisinə…

Bir gün gəlib görərsən ki.

Bir gün gəlib görərsən ki, mənzilinin qapısı aralıdır. Dəhlizin işığı yanmır. Otaqlar da qaranlıqdır, mətbəx də. İçəridən, hər gün olduğunu kimi pürrəngi çayın yox, yalnızlığın qoxusu gəlir. Səssizlik qarşılayar səni, yalnızlığın dilində “Xoş gəlmisən” deyər. Xoş gəlmisən?… Bir gün gəlib görərsən ki, evin bom-boşdur. Yox, yox!… Yerindədir xalı da, masa da, çarpayı da. Qab-qacağa da…

Zümrüd meşədə suni yaradılan gözəllik

Oğuz (Xal-xal) Gəncədən Oğuza getmək üçün iki saatdan artıq yol qət etməlisiniz. Oğuzda yerli və xarici turistlərin ən çox üz tutduğu yer Xal-xaldır. Meşəlik sahədə yerləşən istirahət mərkəzinin ərazisindəki şəlalə və göl xeyli sayda turistin diqqətini çəkir. “Xal-xal” şəlaləsinin ətrafında istiraət mərkəzi var. İstirahət mərkəzinin ərazisində üzərinə müəyyən xəbərdarlıq və qadağalar yazılmış lövhələrlə qarşılaşırsız. “Xahiş…

Güclü qadınlar bilir…

İki damla göz yaşına sığar bəzən yerə göyə sığdıra bilmədiklərimiz, sevdiklərimiz… İki damla göz yaşı olub düşərlər gözümüzdən, qəlbimizdən… İki damla göz yaşı olub, süzülüb gedərlər yanağımızdan, həyatımızdan… Lakin biz imkan vermədikcə axmaz o iki damla göz yaşı! Bəzən dərin nəfəslərin arxasında gizlədər, bəzən də üzümüzü küləyə sarı çevirib, “küləkdəndir” deyərik. Bəzən düyünlənib qalar boğazımızda,…

100 il əvvələ ehtiram, 100 il sonraya salam!

25 may 2018-ci il. Gəncə. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 iliyi münasibəti ilə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında keçirilən şəhər tədbirindən. Nə vaxtsa yəgin ki belə yazılacaq bu şəklin altına… və biz Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının ilk yüzilliyini qeyd edən kəslər olaraq anılacağıq. Şəkilə baxıb: “deməli o vaxt belə qeyd ediblərmiş…”, — deyəcəklər. Geyimimizi,…

“Bize bir mucize gerekliydi”

Bəzi kitablar var ki, onları boş zamanlarınızda oxuyarsınız. Bəzi kitablar üçün isə zaman ayırarsınız. Kitabın gəlişini səbirsizliklə gözləyirdim. Elə eyni səbirsizliklə də oxuyub bitirdim. Əslində ilk səhifələrdən hekayənin necə sonlanacağını anlayırsan… Oxumağa başladığım günün anam: “Necə kitabdı? Nədən bəhs edir?”, -deyə soruşdu və məndən əvvəl verdiyi sualı elə özü cavablandırdı: “Bütün Türk serialları nədən danışırsa,…

DAŞKƏSƏN. BAYAN.

Daşkəsən rayonunun Bayan kəndində evlər dağın ətəyində tikildiyi üçün yuxarıdan baxdıqda bir-birinin üstündəymiş kimi görsənir. Kəndin küçələrində gəzərkən bu daha çox hiss olunur. Burada düz küçə yoxdur, ancaq eniş və ya yoxuş… Daş divarlı, taxta qapılı, kirəmit damlı evlər kəndə xüsusi abu-hava verir. Təəssüflə qeyd etməliyəm ki, yeni inşa olunan evlər ümumi koloriti korlayır. Düzdü…

M.Hadinin “başına gələnləri” A.Səhhət də “yaşayırsa” necə?

Bu gün “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz” deyən şairin, yəni Abbas Səhhətin anım günüdür. Abbas Səhhət  1874-cü ildə Şamaxıda doğulub və 1918-ci ilin 11 iyul tarixində dünyasını dəyişib. Bu gün Abbas Səhhətlə bağlı bir məqalə çıxdı qarşıma (müəllifi kimdi blmirəm, adı qeyd edilməmişdi) Bəzi məqamlar diqqətimi çəkdi… Əvvəl onu qeyd…

“Mənə etdiyiniz hər şeyi Allaha deyəcəm. Hər şeyi deyəcəm Allaha!”

Bir neçə il əvvəl Suriyada qətlə yetirilən azyaşlı Buğra Kaan Sermihanın son sözləri idi bunlar. O, çarəsizlik və bu çarəsizlikdən doğan ümidlə fəryad etmişdi… “Mənə etdiyiniz hər şeyi Allaha deyəcəm. Hər şeyi deyəcəm Allaha!”. Deyə bildimi görən? Susmuş vicdanların səssizliyini pozan atəş səslərindən danışa bildimi? Deyə bildimi qulaq batıran fəryadların batmış qulaqlara çatmadığını? Deyə bildimi…